Putindən Ukraynaya gömrük xəbərdarlığı

Putindən Ukraynaya gömrük xəbərdarlığı

Rusiya baş naziri Vladimir Putin Ukraynanın Avropa Birliyi ilə sərbəst ticarət bölgəsi razılaşması imzalayacağı halda özlərinin də müdafiə tədbirləri görmək məcburiyyətində qalacaqlarını söyləyib. SİA-nın "Ria-Novosti"yə istinadən verdiyi məlumata görə, Putin Kiyevdə ukraynalı həmkarı Mikola Azarovla görüşündə Belarus, Qazaxıstan və Rusiya arasındakı gömrük birliyinin üçüncü ölkələrin əleyhinə olmadığını deyib və Ukraynanı birliyə dəvət edib.

 

Üç ölkənin yaratdığı gömrük birliyinin Ukrayna baxımından da problem yaratmadığını dilə gətirən Putin problemin Ukraynanın Avropa Birliyi ilə sərbəst gömrük razılaşması imzalayacağı halda ortaya çıxa biləcəyi deyib. Bunun açıq bir şəkildə və zamanı gəldiyində müzakirə edilməsinin lazım olduğunu ifadə edən Rusiyanın baş naziri "kartlarımızı açıq oynamalıyıq. Ukrayna, Qazaxıstan, Belarus və Avropa Birliyi ilə birlikdə kartlarımızı masaya qoymalı və dostca baxmalıyıq. Bütün problemlərə həllini tapa bilməyimizin tək yolu budur" deyib. Putin ukraynalı həmkarını 7 iyunda Moskvada Qazaxıstan və Belarusun da iştirakı ilə keçiriləcək iqtisadi komissiyanın toplantısına dəvət edib.

 

Ukraynanın baş naziri Rusiya ilə ticarət dövriyyəsinin 2010-cu ildəki maliyyə böhranından əvvəlki göstəricilərini də geridə qoyaraq 42 milyard dollara çatdığını və 2011-ci də 50 milyard dollara yüksələcəyini qeyd edib. Ukraynanın Çin və Almaniyadan sonra üçüncü böyük ticarət tərəfdaşının olduğunun vurğulayan Putin Ukraynanın gömrük birliyinə daxil olacağı halda 6,5-9 milyard dollar arasında bir vəsait qazanacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə