"Əsas məsələ insanlarımızın sağlamlığıdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyev AZTV-yə verdiyi müsahibəsində qeyd etdiyi kimi Azərbaycanın koronovirusla mübarizə ilə bağlı irəli sürdüyü təşəbbüs dünyada bir nümunə və ilklərdən biri idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

"Təsadüfi deyil ki, artıq bu təcrübə digər ölkələr tərəfindən də tətbiq olunmağa başladı. Bu bir daha onu göstərdi ki, Azərbaycan dövləti nə qədər öz vətəndaşlarının sağlamlığını düşünür və nə qədər ölkə insanının sağlamlığının qayğısına qalır. Azərbaycanda birinci növbədə insanlarımızın sağlamlığıdır. Azərbaycan dövləti yenə də bu istiqamətdə öz iradəsini ortaya qoydu. Əslində bu dövlət başçımızın iradəsi idi. Artıq qısa zamanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı iş adamlarının, özəl qurumların, dövlət qurumlarının, eyni zamanda fiziki, hüquqi şəxslərin bu prosesə dəstək verməsi və Fonda ianələr etməsi onu göstərdi ki, məhz Azərbaycan vətəndaşı da həm baş verən situasiyanın fərqindədir, həm də dövlət başçımızın istənilən bir təşəbbüsünü dəstəkləməyə hazırdır. Mən atılan bu addımları yüksək qiymətləndirirəm. Fikirləşirəm ki, məhz bunların nəticəsi olaraq görülən işlər nəticəsiz qalmayacaq. Pandemiya epidemiyasının Azərbaycan insanına zərər vurmaması və təsirsiz ötüşməsi istiqamətində dövlətin gördüyü işlər əməlli bəhrəsini verəcək. Ümid edirik ki, çox qısa müddətdə dünyada bu proseslər səngiəyəcək"-deyə, İ.Orucov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə