"Prezidentimiz vətəndaşlarımızın pandemiyadan çox zərər çəkməməsinə çalışır" ÖZƏL-MÜNASİBƏT

"Prezidentimiz vətəndaşlarımızın pandemiyadan çox zərər çəkməməsinə çalışır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin koronovirusla bağlı mübarizədə həssaslığı yüksək səviyyədədir. Yəni bu pandemiyanın Azərbaycana zərərinin minimuma endirilməsi üçün bütün mümkün imkanları səfərbər edib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, dövlət vəsaitlərinin cəlb edilməsi, dövlət qurumlarının daha çevik fəaliyyətinin cəlb edilməsi, eləcə də insanların gündəlik təminatının həyata keçirilməsi və s. istiqamətlərdə işlər görülür: "Əlbəttə ki, tibbi baxımından da yetərincə işlər görülür. Xüsusən də xaricdəki vətəndaşlarımıza sahiblənmək, onları Azərbaycana xüsusi reyslərlə gətirmək, gətirdikdən sonra isə karantinə alaraq onların qayğısına qalmaq və s. bütün bunlar diqqətçəkən məqamlardır. Düşünürəm ki, dövlətimiz və cənab Prezidentimiz şəxsən özü əlindən gələn mümkün olan hər şeyi edir ki, vətəndaşlarımız bu pandemiyadan çox zərər çəkməsinlər. Ümumiyyətlə pandemiya elə şeydir ki, bizə də təsir edəcək. Bundan qaçmaq və qurtulmaq mümkün deyil. Lakin bunu minimuma endirmək öz əlimizdədir. Onu da məhz cənab Prezident, Azərbaycan dövləti uğurla həyata keçirir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə