“Dünən “Armavir” islah əmək müəssisəsindən belə bir siqnal almışıq ki, dustaqlar arasında qiyam yetişir”. SİA xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.
Məlumata əsasən, buna səbəb ölkədə koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində onların yaxınlarına qida və s. ərzaq bağlamalarının ötürülməsi qadağasıdır.
“Məhz bağlamaların çatdırılmasına görə dustaqlar ərzaqla yanaşı, siqret və s. məhsullarını əldə edirdilər. Digər məlumata görə, hətta siqaret onlara qidadan da əhəmiyyətlidir. Onlar tələb edirlər ki, bağlamaların çatdırılması üçün çıxış yolu tapılsın. Əks halda qiyam baş qaldıracaq”, erməni nəşri yazır.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB