Türkiyə Prezidenti Tayyib Ərdoğan, Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemləri (SAM) alması ilə əlaqədar ABŞ-ın mövqeyinin yumşaldığını elan edib. SİA-nın xəbərinə görə, Türkiyəli lider Brüsselə səfərdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib: “ABŞ-ın S-400-lə bağlı mövqeyi xeyli yumşalıb. Onlar “söz verin ki, S-400-dən istifadə edilməyəcək” nöqtəsinə gəlib çıxıblar”.
Qeyd edək ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlərin korlanmasına səbəb Türkiyənin 2019-cu ilin iyulundan Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarük etməsidir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB