5 mart görüşü “Bahar qalxanı"nı dayandıracaqmı? ŞƏRH-ÖZƏL

5 mart görüşü “Bahar qalxanı"nı dayandıracaqmı? ŞƏRH-ÖZƏL

“Türkiyə son bir neçə gündə “Bahar qalxanı” əməliyyat vasitəsilə hərbi hava qüvvələrinin sistemini sıradan çıxarıb. Rusiya bu məsələyə qoşulmadığını iddia etsə də, onların da əməliyyat aparılan ərazidə patrul qüvvələri, hərbi polisi var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, Suriya məlumdur ki, hava məkanını tam şəkildə bağlaya bilməz: “Burada Rusiyanın birmənalı şəkildə rolu var. Yəqin ki, həm telefon danışıqlarında, həm də martın 5-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşdə bütün bu məsələlər müzakirə olunacaq. Mən deyərdim ki, bu görüş çox ağır keçəcək”.

Politoloq söyləyib ki, bu gün son rəqəmlərə nəzər saldıqda artıq Türkiyədən Avropaya 132 min qaçqının keçdiyini görmək mümkündür: “Lakin burada əsas məqam həmin qaçqınların Yunanıstanda filtirasiya tədbirlərindən keçməsidir. Onların hamısı dinc əhali olduğu deyilsə də, orada digər qruplaşmalara, terror təşkilatlarına aid şəxslərin olmalı ehtimalı da var. Avropanı qorxudan əsas məqamlardan biri isə məhz terror dəstəsinin axınıdır”.

A.Nağıyev qeyd edib ki, Türkiyə və Avropa Birliyi arasında əldə olunan razılaşmaya əsasən miqrantların saxlanması üçün təxminən 6 milyard dollar civarında vəsait ayrııması nəzərdə tutulsa da, bu vəsait ayrılmadı: “Türkiyə tərəfindən onlar üçün təxminən 50 milyard dollar pul xərclənib. Lakin bundan sonra bu mümkün deyil. Bu baxımdan Avropa Birliyi pozduğu razılaşmaya görə məsuliyyəti özü daşıyır. Bu proses sadəcə Suriya Türkiyə arasında gedən proses deyil. Burada digər dünya dövlətlərinin də marağı var. İstər Rusiya, Avropa Birliyi bu işin hansı məcraya yönəldilməsi ilə bağlı təhlil aparmalıdırlar. Məlumdur ki müharibə varsa, orada itki, texnika qurbanları olacaq. Lakin insanların hüquqlarının qorunması ilkin şərt olaraq qarşıya qoyulmalıdır”.

“Bahar qalxanı" əməliyyatının dayandırılması üçün atılan addımlara gəlincə ekspert söyləyib ki, bu barədə addımlar martın 5-də planlaşdırılan görüşdən asılı olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə