Aprelin 5-də Ermənistanda anti-konstitusiya referendumu keçiriləcək və bunun köməyi ilə Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsinin hökmlərinə tabe olmaq istəməyən hakimləri zərərsizləşdirmək istəyir. İşğalçı ölkədə siyasi prosesləri izləyən hər kəs, hətta ermənilərin özləri belə bu fikirdədirlər və bu referendumun konstitusiyaya zidd olduğunu da özləri çox yaxşı bilirlər. Doğrudur, bunun qanunsuz olduğunu bilə-bilə referendum gedirlər və görünür erməni cəmiyyəti hələ də Paşinyanın oyunlarına alət olmaq niyyətindədir, yaxud artıq buna alışqandır.
Küçə nümayişlərindən sui istifadə edərək hakimiyyəti zəbt edən Nikol Paşinyanın və onun komandasının arzulamadıqlarını zərərsizləşdirmək niyyətini erməni cəmiyyəti də etiraf edir. Məsələn, VETO ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan bunu çəkinmədən bildirir və Ermənistan hakimiyyətinin qanunsuz, qanuna zidd addımlarını açıq şəkildə ifşa edir. Hərəkatın rəhbəri “Oliqarx şəbəkəsinə qarşı mübarizənin effektiv üsulları” mövzusunda keçirdiyi mətbuat konfransında açıq-aşkar bildirir ki, Ermənistanda keçiriləcəyi nəzərdə tutulan referendum konstitusiyaya ziddir. Heç şübhəsiz ki, Malyan belə bir qanunsuz referendumun keçirilməsinin səbəblərini də, hakimiyyətin bu referendum keçirməkdə məqsədini də açıqlayır.
VETO ictimai-siyasi hərəkatının rəhbəri qeyd edir ki, Konstitusiya Məhkəməsinin hökmlərinə tabe olmaq istəməyən hakimləri Ermənistan hakimiyyəti zərərsizləşdirmək istəyir. O, diqqətə çatdırır ki, Paşinyan və onun komandası belə bir zərərsizləşdirməni sadəcə referendum yolu ilə etmək niyyətindədir. Həmçinin vurğulayır ki, bununla hakimiyyət yenə də hadisələrə hansısa don geyindirmək, gözdən pərdə asmaq maraqlarını güdür.
Ermənistan hakimiyyətinin, bir az daha dəqiq desək Paşinyan komandasının əvvəlki hakimiyyətə yaxın adamlara qarşı repressiyalarını Malyanın timsalında elə ermənilər özləri hamidan yaxşı bilirlər və görürlər. Onlar bu vaxta qədər də tətbiq edilən repressiyaların, həbslərin, qanunsuz hərəkətlərin, haqsız müdaxilələrin çoxdandır ki, şahididirlər. Heç şübhəsiz ki, VETO ictimai-siyasi hərəkatının rəhbərinin fikirləri də qəflətən peyda olmayıb və bu uzun müddət hakimiyyət komandasının qanunsuzluqlarını müşahidə etmənin təzahürüdür. Əbəs yerə deyil ki, hərəkatın rəhbəri Malyan bundan ötrü mətbuat konfransı keçirməyi, orada bu barədə fikirlər səsləndirməyi vacib hesab edib. Nəzərə alsaq ki, erməni cəmiyyəti hər zaman özlərinə aid olanı ört-basdır etməyə çalışıb və bu onların xislətidir, deməli, cəsatərlə deyə bilərik ki, bu ört-basdır edən cəmiyyət belə qanunsuzluqlardan, Paşinyanın ağlına nə gəldi etməsindən və bunun xaotik təzahürlərindən bezib.
Nəinki əvvəlki hakimiyyətə yaxın adamları, həmçinin fikirləri üst-üstə düşmyən, çürük ideyalarına, qanuna zidd qərarlarına, absurd hərəkətlərinə qarşı olanları da Ermənistanın yeni hakimiyyəti siyasi səhnədə, hətta cəmiyyətdə belə görmək istəmir. Bunun üçün repressive hərəkətlərlə yanaşı belə üsullara da əl atır və niyyəti, onların düşündüklərinə alternativ düşüncə ortaya qoyanları zərərsizləşdirmək, hətta siyasi meydandan tamamilə uzaqlaşdırmaqdır.
Malyan hakimlərin İstanbul Konvensiyasının ratifikasiya edilməsinə mane olmağa çalışdığını iddia edir və hakimləri müdafiə edir. Həmçinin gizlətmir ki, onlar da Ermənistan hakimiyyəti tərəfindən hədəfə alınıb. Qeyd edir ki, məhz referendumun keçirilməsi onların çıxarılması üçündür və bu qərar da ona görədir.
“Bu hakimlər fədakarlıqla İstanbul Konvensiyasının ratifikasiya edilməsinə mane olmağa çalışırlar. Məncə, onlar öz dövlətlərinin əleyhinə çıxmayacaqlar və buna görə də onların çıxarılması üçün referendum keçirilməsinə qərar verilib”, deyə Narek Malyan keçirdiyi mətbuat konfransında bildirib.
Artıq iki ilə yaxındır ki, hadisələr, daha dəqiq desək Paşinyanın oynadığı oyunlar hamıya bəllidir və hakimiyyəti narazılıqlar dalğasından istifadə edərək zəbt edən küçə nümayişçisinin ssenarisi də hamıya tanışdır. Onun bütün oyunlarının kökündə öz hakimiyyətini, qamarladığı kürsünü qorumaq niyyəti hər addımda dərhal özünü göstərir. Çünki, siyasətdən, idarəetmədən xəbərsiz, hakimiyyət anlayışını dərk etməyən təcrübəsiz birinin həyata keçirmək istədiyi arzuları da digər bütün planları kimi bəsitdir. Ona görə ki, cidanı çuvalda gizlətmək olmadığı kimi Nikol Paşinyan da hakimiyyət kürsüsünü qoruduğunu gizlədə bilmir və hər addımda niyyəti dərhal ifşa olunur.
Əksər hallarda bəlli olur ki, erməni baş nazir bütün hakimiyyəti öz əlində cəmləşdirmək üçün dəridən-qabıdan çıxır. Hətta erməni mediasında mütəmadi olaraq qeyd olunur ki, Ermənistanın prezidenti belə baş nazirin istədiyini edir. Sözsüz ki, onun istədiyini etməyənlərə qarşı repressiv hərəkətlərini görən ermənilərin də elə qorxudan onunla razılaşmaq kimi yeganə çıxış yolu bu qalır. Ermənistan cəmiyyəti elə bununla da gülünc vəziyyətə çevrilir və söz azadlığı deyə bağıran bir küçə nümayişçisinin yaratdığı diktaturanın dünya ictimaiyyətinə demokratik cəmiyyət kimi sırınmaq cəhdləri elə Paşinyanın özü qədər eybəcər görünür.
Çox güman ki, məhkəmələrdə də öz istədiyini yeritmək, demokratiya pərdəsi adı altında ən böyük diktaturanı bərqərar etmək üçün hakimlər ona əməlli-başlı maneçilik törədirdi. Lakin qanun təmsilçilərinin hamısını bir anda repressiya maşınına salmağa görünür Paşinyanın hünəri çatmayıb. Bu qədər qanun nümayəndələrinə qarşı repressiyaların tətbiqinin mümkünsüzlüyü onun ağlının məhsulu olmasa da, qorxu hissi bunun qarşısını alıb və istədiyini referendum yolu ilə həyata keçirmək arzusuna düşüb.
İndi erməni cəmiyyəti çox yaxşı başa düşür ki, bu ölkədə keçirilməsi nəzərdə tutulan referendum məhkəmə hakimiyyətinin sonu deməkdir. Bunu VETO ictimai-siyasi hərəkatının rəhbəri Malyanın timsalında ermənilərin özləri də anlayır və etiraf edirlər. Keçirdiyi mətbuat konfransında hərəkatın rəhbəri bu barədə də öz fikirlərini açıq-aşkar deyib.
“Qarşıdakı 5 aprel referendumu Ermənistanda məhkəmə hakimiyyətinin sonu olacaq", deyə Narek Malyan bildirib.
Əslində, Ermənistanda 5 aprel tarixinə nəzərdə tutulan referendumun keçirilməsi məhkəmə hakimiyyətinin həqiqətən də sonu deməkdir. Bu belə baxanda elə məhkəmələrin də erməni cəmiyyətində qanunların da mövcudluğunun sonuna işarədir. Çünki, konstitusiyaya zidd referendumun keçirilməsindən sonra konstitusiyadan, qanundan danışmaq özü də gülündür. Onsuz da qanunsuzluq, haqsızlıq, cinayət, terror, işğalçılıq və bütün qanun pozuntuları halları ilə tanınan erməni cəmiyyəti görünür özü bu qanunsuzluğun hədəfinə çevrilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB