"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan-İtaliya əlaqələrinin inkişafı baxımından ölkə Prezidenti cənab İlham Əliyevin İtaliyaya növbəti səfəri fikirləşirəm ki, xeyli yadda qalan və konkret olaraq fərqli istiqamətləri əhatə edən müxtəlif sənədlərin imzalanması ilə yadda qaldı". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Sədrin sözlərinə görə, Azərbaycanla İtaliya arasında artıq xeyli müddətdir davam edən, inkişaf edən ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənir: "Artıq bu hazırda özünün məzmunca yeni bir mərhələsinə qədəm qoyur. İtaliya və Azərbaycan dövlət başçılarının görüşündə də bu məsələ xüsusilə diqqətə çatdırıldı. Məsələ bundan ibarətdir ki, Azərbaycan özünün inkişafı baxımından və bütün parametrlərlə Cənubi Qafqazın əsas söz sahibidir. Məhz buna görə də İtaliya tərəfi xüsusilə Azərbaycanla əlaqələrə böyük önəm verir. Bu baxımdan da imzalanan sənədlər məhz bu önəmin bir daha təsdiqidir. Həm İtaliya Prezidentinin Azərbaycan səfəri, həm də Azərbaycan Prezidentinin İtaliyaya sonuncu səfəri bir daha sübut edir ki, iki ölkə arasındakı münasibətlər çox yüksək səviyyədədir. Fərqli sahələr üzrə iki ölkə arasında əməkdaşlıq əlaqələri daim inkişaf edir və genişlənir. İqtisadi sahədə İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, ölkə başçımızın İtaliyaya səfəri zamanı Azərbaycandan xeyli sayda iş adamları da məhz cənab Prezidentin səfərində cəlb olunmuşdular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB