Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov aprelin 28-29-da Hindistanın paytaxtı Dehli şəhərində keçiriləcək "Söz azadlığı və insan hüquqları" mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
Qurumdan SİA-ya verilən xəbərə görə, Dünya Mətbuat Şuraları Assosiasiyasının və Hindistan Mətbuat Şurasının təşkilatçılığı ilə düzənlənəcək mötəbər tədbirə müxtəlif ölkələrin mətbuat şuralarının rəhbərləri, tanınmış media mütəxəssisləri qatılacaqdır.
Konfransda dünyada söz və mətbuat azadlığının mövcud durumu, insan hüquqlarının təminatı ilə bağlı məsələlərin kütləvi informasiya vasitələrində işıqlandırılması vəziyyəti, eni zamanda, yeni medianın inkişaf perespektivləri ilə bağlı məruzələri dinləniləcək, mövzu ətrafında müzakirələr, fikir mübadilələri aparılacaq. Konfransda mətbuat şuraları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarına da nəzər salınacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB