Paşinyan hər kəs üçün müəmmalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan öz-ozü üçün də gözlənilməz və müəmmalıdır. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu keçmiş millət vəkili, Quartet Media-nın həmtəsisçisi Samvel Farmanyan, ArmNews telekanalındakı “Müəllif Güzgüsü” efirində deyib.

Qarabağ probleminin həlli barədə danışan Farmanyan qeyd edib ki, Nikol Paşinyan problemin həllində hansı mövqe tutduğunu heç kim bilmir.

"Dağlıq Qarabağın həlli problemini bilənlər bilir ki, Nikol Paşinyanın Dağlıq Qarabağ problemini qəbul etməsi qara qutudur", deyə o fikrini açıqlayıb.

Farmanyanın sözlərinə görə, Paşinyan təkcə Ermənistan, Qarabağ və Azərbaycan üçün deyil, həm də beynəlxalq ictimaiyyət, eləcə də özü üçün maəmmalıdır.

“Bu hökumətin, onun baş nazirinin Dağlıq Qarabağ problemi ilə bağlı məntiqi və doğru bir anlayışı yoxdur. Münhendəki müzakirələr bir növ futbol oyunu ilə məşğul olduğumuz təəssüratı yaratdı”, deyə Quartet Media-nın həmtəsisçisi Samvel Farmanyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə