Xankəndi şəhəri yaxınlığında inşa olunan aeroportun açılışı təxirə salınıb
Ermənistanın işğalı altında olan Azərbaycanın Xankəndi şəhəri yaxınlığında inşa olunan aeroportun açılışı təxirə salınıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu separatçı rejimin rəhbəri Bako Saakyanın mətbuat katibi David Babayan deyib. O, qeyd edib ki, gecikmə texniki işlərlə bağlıdır. Eyni zamanda separatçı rejimin mülki aviasiya idarəsinin rəhbəri Valeri Adbaşyan da hava limanının mayın 9-da açılmayacağını təsdiqləyib.
Qeyd edək ki, Xankəndi aeroportunun mayın 9-da açılacağı bildirilirdi. Rəsmi Bakı isə uçuşların qeyri-qanuni olduğunu bildirib və bunun qarşısının alınması üçün lazımi addımların atılacağını artıq bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB