“Jurnalistlərin aksiyalarda tərəf kimi iştirak etməsi qəbulolunmazdır” RƏY-ÖZƏL

"Ümumiyyətlə, aksiyalarda jurnalistlərin iştirakı ilə bağlı Mətbuat Şurasının Avropa Şurası ilə birgə tədbirlər planı var". Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, həmin plana əsasən jurnalistlər üçün üzərində "press" yazılan xüsusi gödəkcələr hazırlanıb: "Hansı ki, jurnalistlərin əksəriyyəti bu gödəkcələrdən istifadə edərək müxtəlif aksiya və ya mitinqlərə qoşulurlar. Ancaq təhlükəsizlik baxımından xüsusi qaydalar var ki, jurnalistlər məhz həmin qaydalara əsasən mitinq zamanı hansı məsafədə dayanacaqlarını müəyyən edə bilərlər, yəni jurnalistlər bu aksiyaları müşahidə etməlidirlər və bu müşahidənin əsasında yazılar, reportajlar hazırlamaq jurnalistin hüququdur, ancaq jurnalistin aksiyaya qatılmaq, polislərə müqavimət göstərmək, hansısa bir tərəf tutmaq bu peşə etikasına peşə davranış qaydalarına tamamilə ziddir. Bu jurnalistlər bəzən görürsən ki, tərəf olur, aksiya iştirakçısı kimi davranır. Bu cür hərəkətlər peşə dəyərlərinə, peşə etikasına, davranış qaydalarına uyğun deyil. Təəssüflər olsun ki, polislərlə qarşıdurmaya gedən və özünü jurnalist adlandıranlarda var və mən onları qınayıram. Çünki o jurnalistlər heç bir peşə davranış qaydalarına uyğun davranmırlar. Əlbəttə ki, bu aksiyaları yazmaq və çəkmək hər bir jurnalistin vəzifə borcudur. Ancaq jurnalistlərin aksiyalarda tərəf kimi iştirak etməsi qəbul olunmazdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə