Viktor Malaşenko: “Bakı şəhəri sanki çiçəklənən meqapolisdir” - EKSKLÜZİV
Rusiya Dövlət Dumasının deputatı, "Yedinaya Rossiya" Partiyasının təmsilcisi Viktor Aleksandrovic Malaşenkonun SİA-ya eksklüziv müsahibəsi:
- Viktor Aleksandrovic, Sizin Azərbaycana gəlişinizin məramı nədən ibarətdir və Bakı sizə neçə təsir bağışladı?
- Mən ilk dəfədir ki, Azərbaycandayam. Paytaxtınızı görəndə məndə cox müsbət hisslər oyandı. Qeyd edim ki, Bakı şəhəri çiçəklənən meqapolisdir. Burada inşa edilmiş hündür binaları və burada çalışan insanları görəndə cox şad oldum. 1982-ci ildə mən Heydər Əliyevin "Qoy, ədalət zəfər calsın" adlı böyük bir məqaləsini oxudum və Heydər Əliyev bunu o dövrün yaxşı işləri barədə yazmışdı. Mən cox məmnunam ki, Azərbaycanda öz rəhbərini unutmurlar. Respublikanız haqqında onu deyə bilərəm ki, sosıal-iqdisadi inkişafına görə məşhur şəhərlərlə müqayisə oluna bilər.
MDB Əlaqələr Komitəsinin üzvü kimi Yuri Qaqarinin kosmosa uçuşunun 50 illik yubileyi münasibəti ilə bayram tədbirlərinə iştirak etmək üçün Bakıdayam.
- Azərbaycan bildiyiniz kimi tolerant bir ölkədir. Bakıda yaşayan rus millətindən olan sakinlərlə əlaqələriniz varmı? Ümümiyyətlə, onlarla ünsiyyət qurursunuzmu?
- Əlbəttə, rus, eyni zamanda digər millətlərin insanları Azərbaycan Respublikasının vətəndaşları kimi Rusiyada çox mehriban yaşayırlar. Lakin onlar öz doğma torpaqlarını da unutmurlar. Qeyd edim ki, Rusiya Federasiyasının Prezident Administrasiyasının xətti ilə və nazirliklərin vasitəsilə əməkdaşlıq edirik. Biz calışırıq ki, gənc nəsil rus dilini, ümumi tarixini unutmasın. Lakin Rusiyada da bir çox azərbaycanlılar yaşayır və mənim şəxsi köməkçim azərbaycanlıdır, adı isə Rövşəndir.
- Kosmosa ilk insanın uçuşunun 50 illik yubiley tədbirlərini daha harada kecirməyi planlaşdırırsınız?
- Qeyd etmək lazımdır ki, bizim komitə Dövlət Dumasında kecirəçəyimiz bayramı müzakirəyə təqdim etdi və tək Rusiya Federasiyasında yox, eyni zamanda Rusiyanın hududlarıdan kənarda yubiley tədbirlərini keçirmək nəzərdə tutulub. Əlbəttə, Yuri Qaqarinin kosmosa ucuşu Sovet təhsilinin böyük bir nailiyyətidir. Əgər ölkəmizin bu texniki istehsal olmasaydı böyük nailiyyətlər əldə edə bilməzdik. Hər şeydən önçə o dövrün Sovet təhsilinin hesabına Yuri Qaqarinin ucuşu mümükün olmuşdu. Qaqarin nəinki Rusiyanın şərəfidir, hətta kecmiş respublikalarının da şərəfdir. Biz çalışacağıq ki, həm azərbaycanlılar Rusiyada mehriban yaşasınlar, həm də ruslar Azərbaycanda qarşılıqlı anlaşma şəraitində yaşaya bilsinlər. Biz yaxşı başa düşürük ki, Azərbaycan müstəqil dövlətdir və hər ölkənin özünəməxsus qanunları var. Gərək bununla razılaşaq.
Onuda qeyd edim ki, proqram cərcivəsində 50 illik yubileyin Ermənistanda, Abxaziyada və Cənubi Osetiyada da keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB