"Pozuntular olan məntəqələrlə əlaqədar adekvat qərarlar qəbul ediləcək" - AÇIQLAMA

“Mərkəzi Seçki Komissiyası neqativ hallar aşkar edilən məntəqələrin nəticələrinə yenidən baxılması üçün Dairə seçki komissiyaslarına göndərib”. Bunu SİA-ya açqılamasında “Olaylar İnformasiya Agentliyinin”nin Baş direktoru Yunus Oğuz deyib.

“Düşünürəm ki, həmin məntəqələrin nəticələri ilə əlaqədar da adekvat qərarlar qəbul ediləcək”, deyən Y.Oğuz bildirib ki, MSK edilən şikayətlərə dürüst cavab verir və öz işinin öhdəsindən lazımı şəkildə gəlir. “Artıq 4 dairənin nəticələri ləğv olunub. MSK nəticələri seçki bitdikdən 10 gün sonra Konstitusiya Məhkəməsinə təhvil verməlidir. Fevralın 19-u artıq axırıncı gündür. MSK bu 5 gün ərzində çox gərgin iş prosesi keçirəcək və mənim fikrimcə yeni hadisələrlə qarşılaşmalı olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...