Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yeindən atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yeindən atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 15.40-dan 16.00-dək və 23.45-dən 23.55-dək Tərtər rayonunun Qızıloba və Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə