Barak Obama ikinci dəfə seçkilərə qatılmaq istəyir

Barak Obama ikinci dəfə seçkilərə qatılmaq istəyir

Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Barak Obama ikinci müddətə prezident seçilmək üçün namizədliyinin irəli sürülməsi barədə bəyanat verməyə hazırlaşır. SİA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, Demokratların məsələ ilə bağlı müzakirələrindən sonra bəlli olub ki, Obama Federal Seçki Komissiyasına müvafiq sənədləri təqdim etməklə yenidən seçki marafonunda iştirak etmək istəyir. Ancaq Obamanın ətrafı hələlik məlumatın agentliklər tərəfindən yayılmasının məqsədəuyğun saymadıqlarını bildiriblər.

Bu formal addım Obamaya imkan verəcək ki, o seçki kampaniyasını layiqincə aparmaq üçün bu dəfə ABŞ-ın iri şəhərlərindən biri olan Çikaqoda vəsait toplaya bilsin. Ötən həftə isə Obama Nyu-York şəhərindən 1,5 milyon toplaya bilib, yaxın vaxtlarda isə Obama Los-Anceles və San-Fransisko şəhərlərinə para toplamağa gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə