“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun uzaq Meksika və Venesuellaya səfərinin məqsədinin bu ölkələrlə heç də ikitərəfli iqtisadi və ticarət əlaqələrini genişləndirmək yollarını aramaq deyildi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, doğrudur, həm Meksika, həm də Velesulellada hazırda hakimiyyətdə Rusiyaya simpatiya ilə yanaşan solçulardır: “Ancaq Meksikanın Rusiya ilə ticarət mübadiləsinin həcmi cəmi bir neçə milyard dollardır və həcmi artırmaq mümkün olmur. Meksikanin indiki prezidenti solçu olsa da, iqtisadi və ticarət əlaqələrində böyük qonşusu Amerikadan asılıdır.
Lavrov Cənubi Amerika ölkələrinə səfərlə sadəcə Kremlin Vaşinqtona mesajını göndərib. Məsələ burasındadır ki, ABŞ dövlət katibi Mayk Pompeo bugünlərdə Rusiyaya qonşu olan ölkələrdə - Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanda oldu. Moskva narahat oldu. Adı çəkilən ölkələri özünün arxa baxçası sayan Kreml cavab olaraq Lavrovu Amerikanın arxa baxçası saydığı ölkələrə göndərdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB