Milli Məclisin bir qrup deputatı Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
Milli Məclisin bir qrup deputatı aprelin 3-də Qazaxıstan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Astana şəhərində səfərdə olacaq.
SİA-nın xəbərinə görə, millət vəkillərindən Fərhad Qəribov MDB Parlamentlərarası Assambleyasının, Rüstəm Xəlilov MDB İcraiyyə Komitəsinin, Aydın Mirzəzadə isə Türkdilli ölkələrin Parlamentlərarası Assambleyasının xətti ilə seçkinin müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.
Səfər aprelin 6-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB