"İranın addımı Azərbaycanda təəssüf və təəccüb doğurur" ÖZƏL - MÖVQE
"Ümumiyyətlə İran dövləti çalışır ki, həm Azərbaycanla, həm də Ermənistanla eyni müstəvidə, səviyyədə münasibət qursun". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.
"Təbii ki, bu da ən azından Azərbaycan tərəfindən təəssüf və təəccüb doğurur. Çünki Ermənistan işğalçı dövlətdir. Hətta bununla bağlı İslam konfransı çərçivəsində bir neçə qətnamə qəbul olunub. Həmin qətnamə əsasında İran Ermənistanla münasibətləri digər ölkələr müəyyən dərəcədə sərtləşdirsin və yaxud da məhdudlaşdırsın. Baxmayaraq ki, İranın özü qətnamələrin qəbul edilməsində iştirak edib səs verib, baxmayaraq İran sözdə, sənədlərdə Ermənistanın hərəkətlərini pisləyir amma eyni zamanda da işğalçı ölkə ilə münasibətlər qurur. Hətta bu əlaqələri inkişaf etdirmək niyyətindədir. Əlbəttə ki, bu ikili standartlardan başqa bir şey deyil. Biz də istərdik ki, bizim qonşu, dost sayılan bir ölkə bu məsələyə daha prinsipial mövqedən yanaşsın və Ermənistana imkan verməsin ki, bu işğalçı dövlət konstruktiv şəkildə işğal siyasətini davam etdirsin”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB