"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələdə erməni tərəfinin mövqeyi, həmsədrlərin bu məsələyə biganə, seyriçi münasibəti və həmsədr dövlətlərinin Ermənistana ciddi təzyiqlər göstərməməsi, xüsusilə BMT-nin bu məsələyə diqqət ayırmaması ikili standartlardan, erməni maraqlarından çıxış etmək deməkdir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bununla yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə müəyyən dinamizm verən qüvvədir: “Yəni tərəfləri görüşdürür, danışıqlarda təkliflər irəli sürür. Təkliflər beynəlxalq hüquq prinsiplərinə uyğun olmasa da hər halda danışıqlar prosesinin hərəkətdə olduğunu diqqətə gətirir. Ermənistan tərəfi elə bilir ki, danışıqlar prosesini uzatmaqla vaxt udur. Amma Azərbaycana tərəfi buna seyriçi qala bilməz. Ordumuz nəhayətdə hərəkətə keçib, işğal altında olan torpaqlarımızı azad edəcək. Dünyada da gedən proseslər xüsusilə, Rusiya-ABŞ gərginliyi və Rusiyanın digər dövlətlərlə olan gərginlikləri bu ölkənin mövqeyini zəiflədir. Rusiyanın mövqeyinin zəifləməsi də Azərbaycanın Ermənistan üzərində qələbəsi deməkdir. Onsuz da gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə məcbur qalacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə gəlincə isə, ümid edirəm ki, həmsədrlərin münaqişənin həlli istiqamətində fəaliyyəti daha kəskin, daha prinsipial olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB