Türkiyə Azərbaycanın Xankəndində tikiləcək hava limanına enəcək təyyarələri vurması məsələsinə münasibət bildirib
"Biz hər zaman Azərbaycanın mövqeyini dəstəkləyirik. Bütün sahələrdə Azərbaycanın yanındayıq və Azərbaycanın haqlı davasını dəstəkləyirik". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycanın Xankəndində tikiləcək hava limanına enəcək təyyarələrin vurması məsələsinə münasibət bildirərkən deyib: "Bunu beynəlxalq ictimaiyyətə həvalə etmək lazımdır. Azərbaycan insanını rahatsız edən addımlar atılmamalıdır".
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov Azərbaycanın ermənilər tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanına uçuşlar edən təyyarələri məhv edə biləcəyi ilə bağlı bəyanatla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB