Pompeo və Çavuşoğlu bu məsələləri müzakirə edib

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub. SİA-nın verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi özünün "Twitter" səhifəsində qeyd edib. Pompeo bildirib: "Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Liviyadakı sülh prosesini müzakirə etdim. Liviyada atəşkəsin əldə edilməsi və sülhə əməl olunmasına nəzarət etmək üçün etibarlı mexanizmin yaradılması barədə razılığa gəldik".

Qeyd edək ki, bu gün Almaniyanın paytaxtı Berlində Liviya üzrə beynəlxalq konfrans keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə