Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 1 nəfərin namizədliyi bu gün qeydə alınıb. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MSK katibi Arifə Muxtarova bildirib ki, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib.
MSK katibinin sözlərinə görə, R.Abbasov müraciətində qeyd edib ki, Dairə seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: "Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib".
Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib. MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: "Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB