Dünən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə əlaqədar 53 saylı Quba-Qusar seçki dairəsi və məntəqələrində səsvermə günündə müşahidəçilərlə treninq keçirilib. Treninqdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov parlament seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə ciddi hazırlaşıb və mərhələlər üzrə işlər davam etdirilir. Y.Abidov çıxışında seçki məntəqələrinə təyin edilmiş müşahidəçilərin vəzifələri barədə də ətraflı danışaraq, treninq iştirakçılarını məlumatlandırıb. "Parlament seçkilərinin yüksək standartlara uyğun, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin üzərinə böyük məsuliyyət düşür" deyə qeyd edən YAP Quba rayon təşkilatının sədri, həmçinin bildirib ki, müşahidəçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq-vəzifələri və səlahiyyətləri var: "Ona görə də, müşahidəçilər diqqətli olmalı və üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməli və obyektiv monitorinq aparmalıdırlar".
Treninq diskussiya şəraitində keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB