"Azərbaycan Ordusu hərbi potensialına görə dünyada 52-ci yerdədir" İlham Əliyev

"Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı keçən il əldə edilmiş nəticələrin, o cümlədən hərbi şəhərciklərin tikilməsinin, təmirinin, yeni müasir texnika ilə təchizat məsələlərinin həllinin hərbi gücümüzü daha da artırdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...