Yaponiyanın şimali şərqində Miyaqi perfekturasında 6,5 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dövlət rəsmiləri artıq sunami təhlükəsi ilə bağlı bəyanat veriblər. Məlumata görə, dalğaların hündürlüyü ən azı 50 sm təşkil edəcək.
Qeyd edək ki, Yaponiyada baş vermiş zəlzələ və onun səbəb olduğu sunami nəticəsində ölənlərin sayı 7197-yə çatıb, 10905 nəfər isə itkin düşmüş hesab olunur. İtkin düşənlər arasında, azı, 500 xarici ölkə vətəndaşının olduğu qeyd edilir.
Miyaqi perfektində ötən sunami zamanı zərər çəkənlərin sayı isə 6333 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB