"Müharibə tərəflərdən heç birinə yaxşı heç nə vəd etmir" ÖZƏL-MÖVQE
"İran Amerikanın İraqdakı bazasını vurdu. Tehranın əsas generalının öldürülməsinə hansısa formada qarşılıq verməsi gözlənilirdi. Tehran 80 amerikalı hərbçinin öldürüldüyünü iddia edir. Amerika hələ təsdiq etmir". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, hazırcavab Amerika prezidenti Donald Tramp taym-aut götürüb: "Bunun iki səbəbi var. Birincisi, hazırda Tramp generalları ilə müşavirə keçirir. Ağ Ev Administrasiyası itkinin miqyasının müəyyənləşdirərək ona uyğun adekvat cavab üzərində düşünür. Əgər bazanın vurulması nəticəsində Tehranın iddiasına rəğmən, itki yoxdursa onda Amerika bununla məsələ müvəqqəti nöqtə qoyacaq. Tehran da bunu istəyir. Tehrandakılar anlayırlar ki, Amerika ilə müharibə İrana yaxşı heç nə vəd etmir. Ona görə də İranda da istəyirlər ki, Amerika cavab aksiyasi həyata keçirməsin. Yox əgər hərbi bazada onlarla amerikalı öldürülübsə İran və bölgə vəziyyətin mürəkkəbləşməsinə hazırlaşmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB