"ABŞ-ın bölgədəki iştirakı sona çatmalıdır" İran lideri

"ABŞ-ın bölgədəki iştirakı sona çatmalıdır" İran lideri

İran lideri Əli Xamneyi Tehrandakı çıxışında ABŞ-ın ünvanına sərt ismarıclar söyləyib. SİA-nın İrna agentliyinə istinadən, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

İran lideri bunları deyib: “Gecə bunlara bir tərs sillə vuruldu amma bu yetərli deyil. ABŞ-ın bu bölgədəki iştirakı sona çatmalıdır”.

Xamneyi çıxışında ABŞ tərəfindən İraqın paytaxtı Bağdadda öldürülən general Qasım Süleymani haqqında fikirləri bu cür ifadə edib: “Xalqın vəzifəsi düşməni düzgün tanımaqdır. ABŞ, sionistlər və dünya imperializmi İranın düşmənləridir. İraq Məclisinin ABŞ-ı qovmaq qərarını alqışlayırıq".

Bundan əlavə, Xamneyi, keçən ilin noyabrında benzin artımından sonra baş verən hadisələrin düşmənlərin planı olduğunu və bu cəhdlərə qarşı ayıq-sayıq olmalı olduqlarını söyləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə