"2019-cu ilin yekunlarına həsr olunmuş jurnalistlərə geniş müsahibəsində cənab Prezidentin qeyd etdiyi kimi cari il uğurlu olub". Bunu SİA-ya millət vəkili, iqtisadçı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, geniş islahatlar ölkə iqtisadiyyatını yeni mərhələyə çıxarıb: "Cari ilin 11 ayı ərzində ölkədə ümumi iqtisadi artım 2%-dən çox, qeyri-neft sektorunda artım 3,5%-dən çox. Qeyri-neft senayəsi 14%, kənd təsərrüfatı 7% artıb. Aparılan uğurlu islahatlar nəticəsində dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manat vəsait daxil olub. Bu da ölkədə geniş sosial islahatların aparılmasına və əhalinin sosial rifahının yaxşlaşması istiiqamətində addımların davamlı şəkildə atılmasına şərait yaradıb. 2019-ci ildə bütün investisiya layihələrinin həyata keçirilməsinə baxmayaraq valyuta ehtiyatlarımız artaraq 50 milyard dolları keçib. Azərbaycanın xarici dövlət borcu 17 %-ə enməklə xarici borcun ÜDM-ə nisbət səviyyəsinə görə dünyada 9-cu, MDB məkanında birinci yerə çıxıb. 2019-cu ildə əldə olunmuş iqtisadi nailiyyətlər 2020-ci ilə də qədəmlərimizi inmala qoymağımıza şərait yaradıb və qarşıdan gələn ilin də ölkə həyatı üçün uğurlu olacağını demək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB