Dövləti təməllərini ermənilər itirir

Dövləti təməllərini ermənilər itirir

Dövlətin qurulduğu təməlləri itiririk. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Vernatur" ictimai-siyasi klubunun sədri Vazgen Manukyan bu gün ictimai müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, 1988-ci ildən bəri davam edən populizm ermənilərin dövlət haqqında təsəvvürlərini məhv edir.

“Bu təqdimatlar, milli ideya və demokratiya olmaqla iki təməl üzərində qurulub. İndi bir cərəyan olan neoliberalizm milli təməli, digəri, yəni populizm isə demokratiyanın təməlini dağıdır. Yəni dövlətin qurulduğu təməllər Ermənistanda itirilir. Əlbəttə ki, buna qarşı çıxmaq lazımdır, müzakirələr aparılmalı və hər hansı bir mövzunu müzakirə etməkdən qorxmamalıyıq”, deyə Vazgen Manukyan bildirib.

O, xüsusilə vurğulayıb ki, Ermənistanda baş verənləri başa düşmək üçün, 1995-1996-cı illərdə baş verən saxtakarlıqlara və Ermənistandakı populist inqilablara yol verməyəcək bir təbəqə yaranmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə