Bütün məntəqələr çip oxuyan qurğu ilə təmin edilib" - Məzahir Pənahov

Bütün məntəqələr çip oxuyan qurğu ilə təmin edilib" - Məzahir Pənahov

Azərbaycanda artıq milyon yarımdan çoxuna yeni nəsil şəxsiyyət vəsiqəsi verilib. Onların milyondan çoxu seçicilərdir. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, son nəsil şəxsiyyət vəsiqəsində ünvan və verilmə tarixi yoxdur: "Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini çip oxuyan qurğu ilə təmin etmişik. Yəni, 118 dairə üzrə 5049 məntəqə çip oxuyan cihazla təmin olunub".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə