Serj Sarkisyan Dağlıq Qarabağdakı torpaqları təhvil verməyə hazırlaşırdı. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Konstitusiyanın qorunması, İctimai asayiş və Terrorizmlə Mübarizə Baş İdarəsinin keçmiş rəhbəri, general-mayor Tiqran Barseqyan gündəlik "Joxovorud" qəzetinə verdiyi müsahibədə deyib.
Qəzetə verdiyi müsahibədə Tiqran Barseqyan eks-prezident Serj Sarkisyanın Dağlıq Qarabağdakə torpaqları təhvil vermək planlarından danışıb.
"Joxovorud" qəzetinə müsahibəsində, Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş generalı Milli Təhlükəsizlik Xidmətinin əməliyyat tədbirləri nəticəsində Serj Sarkisyanın 5 rayonu, Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubatlını təslim etmək niyyətində olduğunu müəyyənləşdirdiklərini söyləyib. Onun sözlərinə görə, Sarkisyan ABŞ-ın razılığı ilə 3 milyard ABŞ sərmayəsi müqabilində ərazini təhvil vermək niyyətində olub və Sarkisyan ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə bu mövzuda danışıqlar da aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB