"2019-cu il ölkəmizdə iqtisadi baxımdan çox önəmli illərdən biri olub" ÖZƏL-MÜNASİBƏT

"2019-cu il ölkəmizdə iqtisadi baxımdan çox önəmli illərdən biri olub" ÖZƏL-MÜNASİBƏT

"Son 16 ildə ölkəmiz dünya miqyasında durmadan inkişaf edib. İqtisadi göstəricilərə və hər ilin nəticəsinə görə, ölkəmizdə artan dinamika üzrə hər zaman göstəricilər olub. Təbii ki, bu ilk növbədə cənab Prezidentimizin bütün sahələrdə apardığı uğurlu siyasətin nəticəsidir". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı, neft-qaz layihələrinin həyata keçirilməsi, bu yaxınlarda TANAP layihəsinin Avropa ilə birləşdirən hissəsinin Türkiyədə açılış mərasiminin olması, bununla belə beynəlxalq aləmdə Azərbaycanın günbəgün qüdrətlənən söz sahibinə çevrilməsi ölkə Prezidentinin apardığı siyasətin nəticəsidir: "Biz təkcə 2019-cu ilə nəzər salsaq görərik ki, bu il Azərbaycanda həm siyasi baxımdan, həm də iqtisadi baxımdan çox önəmli illərdən biri olub. Beləki 2019-cu ildə insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində cənab Prezidentimiz tərəfindən yanvar ayında, həm də iyun ayında 30-a yaxın müvafiq sərəncamlar imzalanıb və çox ciddi islahatlar aparılıb. Minimum əmək pensiyası 200 manata çatdırılıb, minimum əməkhaqqı iki dəfə qaldırılaraq 130 manatdan, 250 manata çatdırılıb. Beləcə bütün kateqoriyadan olan insanların sosial müavinətləri, əməkhaqları nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda 2019-cu ildə Qoşulmama Hərəkatının Azərbaycanda keçirilməsi, 120 ölkənin dövlət, hökumət başçısının Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı və 3 il müddətində Qoşulmama Hərəkatına sədrlik etməklə bağlı qərarın qəbul olunması, həmçinin 120 dövlətin birmənalı olaraq Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın əzəli torpaqlarının olmasının təsdiq edilməsi təbii ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Bu Azərbaycanın bir çox dövlətlərlə xoş və siyasi münasibət bəsləməsindən xəbər verir. Bununla belə Türkdilli Dövlətlərin Zirvə görüşünün Azərbaycanda keçirilməsi, Dünya Dini Liderlərinin 2019-cu ildə Bakıda Zirvə görüşünün keçirilməsi ölkəmizin dünya aləmindəki nüfuzundan xəbər verir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə