“Minsk Qrupunun üzvi olan dövlətlər öz sözlərini deməlidirlər” RƏY-ÖZƏL
"Rusiyanın tanınmış siyasi şərhçilərinin 7 rayonun boşaldılacağı ilə bağlı fikirlərinə hörmətlə yanaşırıq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, Sual olunur, Ermənistanda münaqişənin dinc yolla həlli məsələsində siyasi iradə varm? Bax bu, bir az düşündürücüdür: "Yəni biz dəfələrlə bu cür bəyanatlar eşitmişik. Amma bunun üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında sorumlu olan dövlətlər, konkret olaraq ATƏT-in Minsk Qrupunun üzvi olan dövlətlər öz sözlərini deməlidirlər. Onlar bu məsələdə işğalçının da, işğala məruz qalan tərəfində kim olduğunun fərqindədirlər və çox gözəl bilirlər. Ümid edirik ki, 2020-ci ildə ATƏT-in Minsk Qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha çox iradə nümayiş etdirəcək və münaqişənin həllinə öz töhfələrini vermiş olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB