Rüşvətxorluq faktları, korrupsiyanın Ermənistan üçün xarakterik olduğunu təsdiq edir

Rüşvətxorluq faktları, korrupsiyanın Ermənistan üçün xarakterik olduğunu təsdiq edir

Ermənistanın Milli Təhlükəsizlik Xidməti İrəvanın keçmiş rəhbərinin külli miqdarda rüşvət alması hadisəsini üzə çıxarıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti, bir məmurun xüsusilə böyük miqdarda rüşvət alması hadisəsini aydınlaşdırıb və faktları ortaya qoyub. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, İrəvanın başçısı 2009-cu ildə qardaşının vasitəçiliyi və merin işçilərinin iştirakı ilə tikinti şirkətinin sahibindən 75.000 dollar alıb. Bunun müqabilində, bir yaşayış binasının dayandırılmış inşasını bərpa etmək üçün əngəlləri aradan qaldırıb və çoxmərtəbəli binaların sayının artmasına kömək edib. Həmçinin məsələni həll etmək üçün şəhər rəhbəri iş adamından tikilməkdə olan binada İrəvan Bələdiyyəsinin ehtiyacları üçün 200 kvadratmetrlik bir mənzil verməsini də tələb edib.
Ermənistan Milli Təhlükəsizlik Şurasının İstintaq İdarəsində cinayət işi açılıb. İlkin araşdırma aparılır.
Göründüyü kimi, bir-birinin ardınca üzə çıxarılan qanunsuz vəsait almalar, cinayət tərkibli hadisələr, rüşvətxorluq faktları, korrupsiyanın Ermənistan üçün xarakterik olduğunu təsdiq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə