ABŞ Rusiyanın nüvə silahı hazırlamağa davam etdiyini açıqlayıb

Rusiya ABŞ arsenalında olmayan nüvə silahlarını inkişaf etdirməkdə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə dekabrın 13-də ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığı (STRATKOM) rəhbərinin müavini Admiral Devid Kriti bir qrup jurnalistlə görüşündə açıqlama verib.

“Rusiya ABŞ-ın sahib olmadığı nüvə silahı hazırlamaqda davam edir ”, - deyə Kriti dilə gətirib.

O bildirib ki, ABŞ-ın bu məsələdəki məqsədi Rusiya ilə silahlanma deyil, onun "düzgün tutulması "dır. Eyni zamanda, bu halın ABŞ-ın nüvə üçlüyünün modernləşdirilməsi üçün bir fürsət olduğunu qeyd edib.

David Kriti deyib: “Ölkəmizi müdafiə etmək istəyiriksə, biz nüvə gücü olaraq qalmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə