Ermənistanın hakim partiyasında qruplaşmalar dərinləşir

Konstitusiya Məhkəməsinin hakimlərinə erkən təqaüdə göndərmə haqqında qanun dünən qəbul edilib. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik “Qraparak” qəzeti yazır.

Qəzet yazır ki, bu hakimiyyət üçün həyat və ölüm məsələsidir. Həmçinin yazıda qeyd olunur ki, qanun layihəsinə Arman Babajanyan da daxil olmaqla 82 səs verilib və "Mənim addımım" partiyasının 88 üzvündən 7-si ümumiyyətlə səs verməyib. İştirak etməyənlər arasında Mariya Karapetyan, Arsen Culfalakyan, Artak Manukyan, dövlət qanununun üzvü Arusyak Culakyan, Mxitar Ayrapetyan, Karen Saruxanyan, Aren Mkrtçyan da var. Taquhi Tovmasyan ilk oxunuşda qeydə alınıbsa da səs verməyib. O, hətta səs verməməsinə aydınlıq da gətirib və bildirib ki, idarəetmə akademiyasında oxuyub və buna yol verə bilməzdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə