Paşinyan “özününküləri” vəzifələrə yerləşdirir

Qarik Sarkisyanın istefası məsələsi tezliklə həll oluna bilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.

Qəzet Ararat vilayətinin qubernatoru Qarik Sarkisyanın uzun müddətdir gündəmdə olan istefa məsələsinin tezliklə daha əsaslı ola biləcəyini yazır. Bu yaxınlarda Vətəndaş Müqaviləsi Partiyasının Ararat ərazi quruluşunun rəhbəri Karlen Mkrtçyan qubernatorun köməkçisi təyin olunub, hansı ki, hazırda "təlim" dövrü keçir. Müvafiq hazırlıqdan sonra o, Qarik Sarkisyanın yerinə qubernator vəzifəsinə təyin edilə bilər.

Göründüyü kimi, Paşinyan və onun komandası hələ də “özününküləri” vəzifələrə yerləşdirir və bu siyasətini davam etdirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...