Fərhad Hacıyev Büro üzvü seçilib

Fərhad Hacıyev Büro üzvü seçilib

Bu gün Strasburq şəhərində Avropa Şurasının Gənclərlə iş üzrə Hökümətlərarası daimi komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev növbəti iki il üçün bu komitənin büro üzvü seçilib.

Qeyd edək ki, Fərhad Hacıyev bundan öncə Avropa Şurasının Gənclərlə iş komitəsinin sədri kimi fəaliyyət göstərib.

Gənclər və İdman Nazirliyinin Avropa Şurası ilə əlaqələrindən söz düşərkən qeyd etmək lazımdır ki, Şuranın müvafiq strukturlatrı ilə münasibətlər artan templə inkişaf edir. Azərbaycanın gənclər təşkilatları müntəzəm olaraq Avropa Şurasının bir sıra proqramlarında, gənclərlə bağlı tədbirlərində daim fəal iştirak edir, Avropa Gənclər Fondu ilə əmkdaşlığı daha da möhkəmləndirirlər.

Məlumat üçün bildirək ki, Avropa Gənclər Fondunun rəsmi məlumatına görə son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsinə fond tərəfindən maliyyələşdirilib. Bu da Avropa məkanında ən yüksək göstəricidir.

Bütün xəbərlər Facebook səhifəmizdə