Elmar Məmmədyarov Latviyaya rəsmi səfərə gedir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov 12-13 dekabr tarixlərində Latviyada rəsmi səfərdə olacaq. Bu barədə SİA-ya Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, E.Məmmədyarovun dekabrın 12-də latviyalı həmkarı Edqars Rinkēvičslə görüşü nəzərdə tutulub.

XİN rəhbərinin Latviya Prezidenti Eqils Levits, parlamentin spikeri İnāra Mūrniece və müdafiə naziri Artis Pabriks ilə də görüşləri planlaşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...