Ermənilərin "əjdahalara qarşı etiraz"ı

Ermənistanın baş naziri Nikol Paşinyan Lori bölgəsində olduğu zaman bölgənin bir qadın sakini ona məktub verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, məktubu verən qadın baş nazirdən onu oxumasını xahiş edib.

Məlumata görə məktubda “əjdahalara qarşı etiraz” sözü yazılıbmış. Sözügedən saytın yazdığına görə Nikol Paşinyan məktubu ona verən qadından, “bu əjdaha buradadırmı”, deyə soruşub. Qadın isə cavabında, onlardan birinin burada olduğunu çəkinədən söyləyib. Ola bilsin baş nazirin özünə ehyam vurulub. Yaxud, ən azından onun ən yaxın ətrafı barədə belə bir fikir var. Hər bir halda, narazılıqlar özünü açıq-aydın şəklildə biruzə verir və deyəsən bu dəfə ermənilər əjdahalara qarşı etiraz niyyətindədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə