“Müxalifətlərin parlamentə düşmək şansları yoxdur” RƏY-ÖZƏL

"Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı məlum təşəbbüsü müxalifətə növbəti parlament seçkilərinə qatılmaq üçün yenidən imkan verdi və ona görə də müxalifətin məsələyə adekvat münasibəti əslində prosesi dəstəkləmək olmalı idi". Bunu SİA-ya açıqlamasında AGAAMC-nin sədri fəlsəfə doktoru, İlqar Orucov deyib.

Onun sözlərinə görə, müxalifət isə tam əksinə olaraq narazılığını ortaya qoydu: "İndiyədək mövcud parlamentin fəaliyyəti bəyənməyən, yeri gəldi-gəlmədi parlamenti sərt şəkildə tənqid edən müxalifətin məlum mövqeyi xeyli suallar doğurur. Parlamentin buraxılmasının hüquqi tərəfini ölkənin ən yüksək məhkəmə instansiyası olaraq Konstitusiya Məhkəməsi araşdıraraq müvafiq qərar qəbul etdi. Deməli, parlamentin buraxılması prosesi tamamilə qanunvericiliyə uyğun baş verdi və burada narahatedici hansısa məqamdan danışmaq mənasız və absurddur. Hamımız bilirik ki, parlamentdə təmsil olunmaq insanların seçimi ilə baş tutur və bu gün özünə müxalifət deyən istənilən qüvvənin imkanları, sosial elektoratı varsa və bu qüvvələr öz potensiallarına əmindirlərsə növbəti siyasi mübarizəyə qoşulmalı və seçkidə iştirak edərək parlamentdə mövqelərini təmin etməlidirlər, hakimiyyətin qanunverici qolunda təmsilçiliklərini reallaşdırmaq imkanlarını gerçəkləşdirməlidirlər. Amma, müxalifətin münasibəti bir daha onu göstərir ki, mövcud müxalifətin öz imkanlarını bildiyindən yalandan panika yaratmağa cəhd edir. Müxalifətlərin parlamentə düşmək şansları yoxdur və indidən məğlubiyyətlərini dərk edərək seçkilərlə bağlı mənfi rəy formalaşdırmaq istəyirlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...