"Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb" Fuad Muradov
"Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb". SİA-nın verdiyi məlumata görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
F.Muradov bildirib ki, bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan evləri fəaliyyətə başlayacaq, gələn il daha 8 ölkədə Azərbaycan evləri yaradılacaq.
Komitə sədri əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib.
F.Muradov vurğulayıb ki, Azərbaycan evlərinin yaradılması prosesi növbəti illərdə də davam edəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB