Ermənilər vandal olduqlarını etiraf etdilər

Ermənilər vandal olduqlarını etiraf etdilər

Ermənistanın baş nazirinin mətbuat xidmətinin rəhbəri İrəvandakı Qriboedov abidəsinin rənglənməsini vandalizm kimi qiymətləndirib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, belə bir qiymətləndirmə baş nazirin mətbuat katibi Vladimir Karapetyana məxsusdur.
Məlumata görə, Karapetyan deyib ki, vandalizmin təzahürləri cəmiyyətdə baş verməməlidir. Əslində, bununla ermənilər Karapetyanın timsalında öz vandallıqlarını etiraf da ediblər.
"Hadisəni qınayın. Vandalizmin bu cür təzahürləri cəmiyyətdə baş verməməlidir. Polis araşdırma aparır, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", deyə Karapetyan "Armenpress" xəbər agentliyinə bildirib.
Xatırladaq ki, gecə "Seqakron" radikal hərəkatının lideri Şant Arutyunyanın oğlu Şaqen Arutyunyan rus diplomatı, şair Aleksandr Qriboedovun abidəsini qırmızı rəngli boya ilə boyayıb.
"Qriboedovun abidəsi üzərində rəsm çəkdim. Təəssüf ki, Ermənistandakı dövlət səviyyəsində Armavirdəki aksiyaya reaksiya vermədilər. Onlara bildirin ki, biz Ermənistanda bu cür hərəkətləri cavabsız qoymayacağıq", deyə Şaqen Arutyunyan öz Facebook səhifəsində canlı yayımda bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə