“Müxaliflər arasında normal düşüncəyə malik insan yoxdur” RƏY-ÖZƏL
"Ölkə Prezidentinin apardığı islahatlar bütün sahələri əhatə edir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, islahatların qanunverici orqanda da davam etdirilməsi üçün Yeni Azərbaycan Partiyası çox böyük uğurlu addım atdı: "Hesab edirəm ki, ölkə Prezidenti İlham Əliyevin apardığı islahatlar cəmiyyətin inkişafına, demokratik proseslərin sürətlənməsinə yeni təkan olacaq. Xoşməramlı addımlar fonunda müxalifətin hay-küy qaldırması onların məsələlərə dayaz düşüncədən yanaşmalarından irəli gəlir. Ümumiyyətlə müxalifət düşərgəsində təmsil olunan partiyalar, xüsusi ilə də, radikal qanadın təmsilçiləri hər zaman milli və dövlətçilik maraqlarına zidd olan fəaliyyət yolu tuturlar. Onların yanaşmaları ədalətsiz və qərəzli yanaşmalardır. Ənənələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması təşəbbüsü və bu təşəbbüsün Milli Məclisin üzvlərin tərəfindən də, dəstəklənməsindən müxalifətin radikal qanadı əsasız hay-küy qaldırmaqla münasibət bildirirlər. Yeni bir parlamentin formalaşması ölkədə aparılan islahatların ruhuna tam uyğundur. Əslində, müxalifət düşərgəsində təmsil olunan partiya funksionerləri normal düşüncəli adamlar olsa idilər, parlamentin buraxılması təşəbbüsünü dəstəkləyərdilər. Kim onu dəstəkləmirsə deməli onun düşüncəsində problem var. Uğur qazanmayanda böhtan atmaq xarakteri üzə çıxardır. Əgər sən seçkilərdə uğur qazana bilmirsənsə, uğur qazanana böhtan atmağın nə mənası var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB