“Müxalifət dərk edir ki, seçkiyə qatılsalar, məğlubiyyət qaçılmazdır” RƏY-ÖZƏL
"Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyə tamamilə uyğundur". Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində erkən parlament seçkilərinə gedilməsinə dair çoxsaylı nümunələr var:" Bu beynəlxalq təcrübə haqqında mətbuatda kifayət qədər materiallar dərc olunduğundan, həmin mövzuya toxunmaq təkrarçılıq olardı. Sadəcə, Türkiyədə baş verən “erkən seçkilər” nümunəsini xatırlatmaq istəyirik. Adətən, qardaş ölkədə, bizdən fərqli olaraq, müxalifət “erkən seçkilərə” gedilməsinə daha çox meylli olur. Bizim müxalifət başbilənləri isə tamamilə tərsinə düşünürlər. Sual olunur, əgər qanunvericilik və beynəlxalq təcrübə nümunələri iqtidar partiyasının bu addımına tərəfdirsə, o zaman müxalifət niyə bu şəkildə “saçlarını yolur”, erkən seçkiləri qərəzlə qarşılayır. Müxalifətin bəzi seçkiləri “boykot” etməsinin yeganə bir səbəbi var ki, bu da onların həddindən artıq zəif olması ilə bağlıdır. Müxalifətin son aksiyaları fikrimizi təsdiqləyə biləcək ən son nümunələr ola bilər. Xatırlayırsınızsa, onlar sosial şəbəkələrdə nə qədər təbliğat apardılarsa da cəmiyyət aksiyalara dəstək vermədi. “AXH” adlanan digər müxalif qanadın aksiyasını da, real olaraq, baş tutmamış hesab etmək olar. Beləliklə, müxalif cəbhə liderləri yaxşı başa düşürlər ki, bu qüvvə ilə seçkiyə qatılsalar, məğlubiyyət qaçılmazdır. Odur ki, onların bircə yolu qalır: seçkilərə qara yaxmaq, prosesi gözdən salmağa çalışmaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB