Türkiyənin NATO-dakı müttəfiqləri narahatdır

Türkiyənin NATO-dakı müttəfiqləri narahatdır

Türkiyədə yerləşdirilmiş ABŞ-a məxsus nüvə silahları ABŞ və avropalı NATO müttəfiqlərinin narahatlığına səbəb olub. SİA xəbər verir ki, bu barədə İngiltərədə dərc edilən “The Economist” jurnalı yazıb.

Jurnalda qeyd edilir ki, gələn həftə Londonda keçiriləcək NATO sammitində bir çox dünya liderinin düşüncəsində yalnız Türkiyə nüvə bombaları mövzusu olacaq. ABŞ-ın NATO-nun nüvə proqramı çərçivəsində Avropanın beş ölkəsində ümumi 150 nüvə başlığı yerləşdirdiyini xatırladan “Economist”, bunlardan çoxunun (təxminən 60-70 nüvə başlığı) Türkiyə və İtaliyada, qalanlarının isə Belçika, Almaniya və Hollandiyada yerləşdirildiyini də yada salıb.

BBC Yunanıstan və Almaniyanın Ramstein Hərbi Bazasındakı nüvə başlıqlarının 2005-ci ildə geri alındığı barədə Türkcədə yer alan xəbərdə xatırladılıb. Yazıda qeyd edilir ki, İncirlik Hərbi Bazasında olan nüvə başlıqlarının da geri alınması böyük üstünlük gətirə bilər.

Lakin “The Economist” jurnalına görə, bu proses bacarıqsızlıqla edilərsə, diplomatik böhran daha da dərinləşə bilər. Hətta Türkiyənin özünün nüvə proqramına başlaması ilə bağlı ölkə prezidenti Ərdoğan qərar verə bilər.
Jurnaldakı məqalədə xüsusilə qeyd edilir ki, nüvə başlıqlarının paylanılması mövzusundakı etirazlar özəlliklə Almaniyada uzun müddətdir, gündəmdədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə