Orduda intiharlara görə Ermənistanda həyəcan təbili

Orduda intiharlara görə Ermənistanda həyəcan təbili

Ermənistanda hərbçilərin intihar həddinə çatdırılmasına görə hüquqi cavabdehlik və mühakimə təklif edilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu təklifi Çiçəklənən Ermənistan partiyası irəli sürüb.

Layihənin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsindəki əsas məruzəçisi Naira Zohrabyan dəyişiklikləri təqdim edərək qeyd edib ki, layihəyə görə hərbi hissədə və ya hərbi xidmət zamanı əsgərin şiddət, təhqir, şərəf və ləyaqətin alçaldılması səbəbi ilə intihar edilməsinə görə 3 ildən 12 ilə qədər həbs cəzası təklif olunur.

Naira Zohrabyan etiraf edib ki, baş verən təhqir səbəbindən intihar edənlərin sayı orduda düşmənin gülləsindən ölənlərin sayından çoxdur. N.Zohrabyan onu da qeyd edib ki, son bir il yarım ərzində intiharların sayı ilə bağlı statistika onu dəhşətə gətirib.

Layihə daimi komitə tərəfindən təsdiqlənib və Milli Məclisin dörd günlük iclaslarının gündəliyinə daxil edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə