"Beynəlxalq cəmiyyət terrorla mübarizədə ikili standartlardan əl çəkməlidir"

"Beynəlxalq cəmiyyət terrorla mübarizədə ikili standartlardan əl çəkməlidir"

Beynəlxalq cəmiyyət Yaxın Şərqdə terrorla mübarizə sahəsində ikili standartlardan əl çəkməlidir. SİA-nın xəbərinə görə, bu sözləri Çin Xarici İşlər Naziri Chen Xiaodong Pekində Yaxın Şərq Təhlükəsizlik Forumunun açılışında deyib.

"Beynəlxalq birlik terrorizmə qarşı mübarizədəki hər hansı ikili standartlardan və terrorizmi hər hansı bir konkret dinlə əlaqələndirən təcrübədən imtina etməlidir", - deyə XİN başçısı qeyd edibş

O əlavə edib ki, insan haqları bəhanəsi ilə digər ölkələrin terrorizm və radikalizmlə mübarizədəki səylərini tənqid etmək olmaz.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə