Aydın Mirzəzadə: “Ölkənin iqtisadi və sosial göstəricilərini əks etdirən rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir” - AÇIQLAMA
Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə bir çox önəmli və vacib məsələr müzakirə olunub. Müşavirədə səslənən fikirlərlə bağlı SİA-ya münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, ölkəmizdə aparılan geniş quruculuq işləri hər birimizi sevindirir.
- Bu gün ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə, eyni zamanda gündəlik həyatımızda göstərir. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır. Bütün bu quruculuq və inkişafa ölkə Prezidenti İlham Əliyevin uğurlu məqsədyönlü siyasəti nəticəsində nail olunub. Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev Azərbaycanın bütünlüklə inkişafının həmişə tərəfdarı olub. Müşavirədə dövlət başçısı bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasətinin dayandığını söylədi. Bildirdi ki, bu siyasət bizə imkan verdi ki, böyük maliyyə resursları yaradaq və onları çox böyük səmərə ilə iqtisadiyyata yönəldək ki, həm insanların rifah halı yaxşılaşsın, həm də ölkəmizin inkişafı uğurlu və uzunmüddətli olsun. Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmışdır. Yəni, ölkənin iqtisadi və sosial göstəricilərini əks etdirən rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir.
Onu da vurğulamaq lazımdır ki, bu inkişaf ölkəmizin paytaxtında olduğu kimi respublikamızın regionlarında da nəzərə çarpmaqdadır. Çünki Bakı paytaxt şəhəri olmaqla bu inkişafın önündə gedir. Bu baxımdan, ölkə Prezidentinin sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə də Bakının və onun ətraf kəndlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan bir çox işlərlə bağlı fikirlər söylədi: "Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir".
Qeyd edim ki, Azərbaycanda, həmçinin Bakıda Sovet hakimiyyəti dövründə bir çox arxitektur binalar, abidələr tikilsə də həmin dövrdə müəyyən qədər diqqətsiz qalmaqda idi. Lakin müstəqil Azərbaycanın ilk günlərindən başlayaraq bu günə kimi həmin abidələr və memarlıq əhəmiyyətli binalar bərpa olunaraq yenilənməyə başladı. Bu gün Bakı daha çox inkişaf etmiş ölkələrin şəhərlərindən geri qalmayan paytaxta çevrilib. Belə ki, müasir tələblərə cavab verən yüksək səviyyəli parklar salınır, abidələr qoyulur. İnfrastruktur yenilənir, küçə və meydanlar abadılaşır. Bütün bunlar Bakıya xarici turistlərin cəlb olunmasına imkan verir. Həmçinin, paytaxt Bakıda yeni yaşayış massivlərinin salınması da şəhərimizin gözəlləşməsinə gətirib çıxarır. Eyni zamanda, Bakının keçmiş "Sovet" küçəsi, "Xutor", "Kubinka" deyilən ərazilərin yenidən qurulması üçün layihələr hazırlanır. İnanırıq ki, bir neçə ildən sonra həmin ərazilərin Bakının gözəl məkanlarından birinə çevriləcək. Eyni zamanda, Bakı bu gün müasir obyektlərin tikildiyi bir məkan kimi də qəbul edilir. Belə ki, Heydər Əliyev Mərkəzinin tikintisi tək Azərbaycanın deyil, bütün dünyanın diqqətində olan böyük bir memarlıq nümunəsidir. O cümlədən, Prezidentin müşavirədəki çıxışındakı maraqlı məqamlardan biri də, bu gün şəxsi evlərin qeydiyyata alınması üçün dövlət tərəfindən bütün prosedurların sadələşdirilməsi məsələsidir. Prezident tərəfindən müvafiq tapşırıqlar verildi. On minlərlə insan özünün tikdirdiyi evi çox az sənədlər vasitəsi ilə qeydiyyata aldıra biləcəkdir. Bütün bunlar onu göstərir ki, Bakı şəhəri ölkə Prezidentinin daim diqqətindir. Beləliklə də, Bakının inkişafı Azərbaycanın inkişafı ilə bağlı olacaqdır.
Ümumiyyətlə, bu gün Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişib, dinamik və davamlı inkişafın əsası qoyulub, başqa sözlə, kəmiyyətri keyfiyyətə dəyişməsi prosesi baş verib. Bu isə görülmüş və görüləcək işlər sahəsində, sözün həqiqi mənasında, əsil sıçrayış deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB